Ukrayna pilotsuz uçuş aparatları Volqoqrad Neft Emalı Zavoduna hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Astra” məlumat yayıb.
Zərbə Volqoqrad vilayətinin ən böyük neft emalı müəssisəsi olan Lukoil şirkətinə məxsus “Lukoyl-Volqoqradneftemalı” zavoduna endirilib.
Qeyd edək ki, müəssisənin illik emal gücünün 15 milyon tondan artıq neft təşkil etdiyi bildirilir.
Zavod benzin, dizel yanacağı, aviasiya yanacağı, mazut, bitum və digər neft məhsulları istehsal edir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta