Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
Aİ şirkətə qarşı qanunsuz mallar satdığı iddiası ilə 200 milyon avro cərimə tətbiq edib
Avropa İttifaqı (Aİ) Çinin onlayn pərakəndə satış şirkəti “Temu”ya təhlükəli uşaq oyuncaqları və nasaz şarj cihazları da daxil olmaqla qanunsuz mallar satdığı iddiası ilə 200 milyon avro (232 milyon dollar) cərimə tətbiq edib.
AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Komissiyasından bildirilib ki, şirkət bu məhsulların istifadəsi ilə bağlı riskləri və onların istehlakçılara vura biləcəyi zərərləri dərhal müəyyən etmək və qiymətləndirmək üçün adekvat nəzarəti təmin etməyib.
Qeyd olunub ki, "şirkət öz platformasında qanunsuz malların paylanması ilə əlaqəli sistemli riskləri, eləcə də Aİ istehlakçılarına dəyən zərəri lazımi qaydada müəyyən edə, təhlil edə və qiymətləndirə bilməyib".
“Temu” Aİ-nin qərarı ilə razılaşmadığını və cəriməni "qeyri-mütənasib" hesab etdiyini aşıqlayıb.
Aİ Temu bazarını 2024-cü ilin oktyabr ayında araşdırmağa başlayıb və ötən ilin iyul ayında aparılan ilkin araşdırma platformanın qanunsuz məhsulların ortaya çıxma riski ilə bağlı əsas qaydaları pozduğu qənaətinə gəlib.
Bu, Aİ-nin rəqəmsal xidmətlər qanunvericiliyinə əsasən tətbiq edilən ikinci cərimədir. Birinci cərimə 120 milyon avro idi və ötən ilin dekabr ayında “X” sosial şəbəkəsinə tətbiq edilmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.