ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bunlar məni mən edən mahnılardır. 40 il boyunca məni zirvəyə aparan, layihələrimi, konsertlərimi bəzəyən mahnılardır".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Mədəni şou"ya açıqlamasında deyib. Pop kraliça bir müddət əvvəl işıq üzü görən "Beat of Aygun 40" albomundan danışıb:
"Bütün ifalar bir-birindən gözəldir. Hər kəs öz imicinə, ifa tərzinə uyğun oxuyub. Mahnılar yenidən doğuldu. Epoxa oldu. Kiçikdən böyüyə qədər əla idi. Gənc ifaçılar peşəkarlardan seçilmədi. Hara gedirəm ifalarla üzləşirəm. Sənət dostlarım və komanda sayəsində gözəl layihə ərsəyə gəldi.
Həmişə üzləşirdik ki, gənc ifaçı sevilən ulduzun mahnısını oxuyanda yutubdan silinirdi, problemlər yaşanırdı. Düşünürəm, indi peşəkar həmkarlarəm bu cür addımlardan geri çəkilərlər. Mahnı nə qədər yaşasa, bəstəkar yaşayacaq. Musiqimizdə bayağı mahnıların yayıldığı ərəfədə bu cür iş lazımdır. 40 peşəkar ifa musiqimizə qatıldı. Hər bir ifaçıya minnətdaram".
View this post on Instagram
A post shared by Axşam.az (@axsamaz)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.