AZ

Dəhşətli kadrlar: Azərbaycan sularında timsah yaşayır? - “Bəlkə də yolunu azıb gəlib” - FOTO+ÖZƏL

Azərbaycanda çəkildiyi ehtimal olunan timsah görüntüləri müzakirələrə səbəb olub. Belə ki, nə qədər inanılmaz olsa da çayda iki timsah görünür və bu görüntülərin Yuxarı Şirvan kollektorunda çəkildiyi iddia edilir.
 
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, bu mövzu araşdırılmalıdır və həmin görüntülərin Azərbaycanda çəkildiyi isbat olunmalıdır:
“Bu görüntüləri mən də izlədim. Ağlım nəsə kəsmir. Timsah bizim sualara məxsus deyil. O quruda, suda yaşayan canlıdır. Əgər düzdürsə bu hardansa bəlkə də azıb gəlib. Amma yenə də bunu nəyləsə əsaslandırmaq düzgün deyil. Vaxtilə Azərbaycanda torpik heyvanların cəsədləri tapılıb. Timsah bizim ekologiyaya məxsus canlı deyil. Ona görə də dərindən araşdırılmalıdır”.
 
Dünya şöhrətli peşəkar ovçu Faiq Babanlı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı qısaca rəy bildirib:
“Mənim fikrimcə bu Azərbaycanda çəkilən video deyil. Azərbaycanda ya timsaha oxşayan, ya da ki, bu tip sürünən heyvan nəslindən heç bir canlı yaşamır. Timsah ümumiyyətlə bizim sualara məxsus deyil”.
 
Qeyd edək ki, görüntüləri instaqramda Mingəçevir şəhəri 8 nömrəli tam orta məktəbdə çalışan Nağı adlı müəllim paylaşıb.
Seçilən
0
3
moderator.az

4Mənbələr