AZ

"Neftçi"dən ayrılan Abubakar azərbaycanlı futbolçu ilə komanda yoldaşı olmağa yaxındır

“Neftçi”dən ayrılan hücumçu Vensan Abubakarın yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, kamerunlu forvard yenidən Türkiyədə oynamağa yaxındır.

Daha öncə “Beşiktaş” və “Hatayspor”da top qovmuş 34 yaşlı Vensan hazırda “Bursaspor”la danışıq aparır. Bakı komandasının heyətində 18 oyuna 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan təcrübəli ön xətt oyunçysunun azad agent statusu daşıması "yaşıl timsahlar"ın bu variant üzərində dayanmasını şərtləndirən əsas amildir. 

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan millisinin cinah müdafiəçisi Toral Bayramov "Qarabağ"dan "Bursaspor"a transfer olunub.

Toğrul

Seçilən
11
fanat.az

1Mənbələr