AZ

Rusiya PUA-sı Rumıniyada yaşayış binasına çırpıldı: Yaralananlar var

Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, nəticədə iki nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında Ukrayna ilə sərhədə yaxın yerləşən Qalati bələdiyyəsinin Ştireks-Mazepa bölgəsində qeydə alınıb. PUA binanın damına düşüb.

Məlumata görə, pilotsuz uçuş aparatı Rusiyanın Ukrayna ərazisində mülki və infrastruktur obyektlərinə endirdiyi zərbələr zamanı sərhədi keçərək Rumıniya hava məkanına daxil olub.

Seçilən
24
10
publika.az

10Mənbələr