Kanadada 27 yaşlı hindistanlı MMA döyüşçüsü Xrişikeş Kolot ayının hücumuna məruz qalaraq vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.
Faciəvi hadisə mayın 8-də Saskaçevan əyalətində baş verib. Hindistanın Kerala ştatından olan Xrişikeş Kolot on ildən çoxdur ki, qarışıq döyüş növləri (MMA) ilə məşğul olurdu və UFC-də çıxış etməyi arzulayırdı.
Kolot 2023-cü ildə Kanadaya köçmüş və uran yataqlarının kəşfiyyatı ilə məşğul olan "UraniumX Discovery Corporation" şirkətində texnik kimi çalışırdı.