ain.az bildirir, Modern.az portalına istinadən.
Gecə növbələri və dəyişkən iş qrafikinin uzunmüddətli dövrdə yaddaş, diqqət və emosional vəziyyətə mənfi təsir göstərdiyi bildirilir.
Modern.az xəbər verir ki, "PayPost"un məlumatına görə, alimlər gecə növbələri və sabit olmayan iş qrafikinin yuxu rejimini və bioloji saatı pozaraq beynin fəaliyyətinə təsir etdiyini müəyyən ediblər.
Araşdırmaya əsasən, belə iş rejimi zaman keçdikcə yaddaşın zəifləməsinə, diqqətin azalmasına və emosional vəziyyətin pisləşməsinə səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, gecə növbələrindən və dəyişkən qrafikdən imtina edildikdən sonra beynin bərpası mümkündür. Bildirilir ki, bu proses orta hesabla iki ilə qədər vaxt apara bilər.
Araşdırma müəllifləri hesab edirlər ki, yuxu ritminin pozulması insanın bioloji saatına təsir göstərərək uzunmüddətli nevroloji dəyişikliklər yarada bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.