Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 29 may, AZƏRTAC
BBC futbol üzrə İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün rəmzi komandasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ən yaxşı “11-lik”də son çempion “Arsenal”dan 5 oyunçu yer alıb.
Qapıçı: David Raya (“Arsenal”);
Müdafiəçilər: Vilyam Saliba, Qabriel, Yurrien Timber (hamısı “Arsenal”), Niko O`Rayli (“Mançester Siti”);
Yarımmüdafiəçilər: Deklan Rays (“Arsenal”), Brunu Fernandeş, Antuan Semenyo (hər ikisi “Mançester Yunayted”), Elliot Anderson (“Nottingem Forest”);
Hücumçular: Erlinq Holann (“Mançester Siti”), İqor Tyaqo (“Brentford”)
BBC-nin versiyasına əsasən, “Arsenal”ın çalışdırıcısı Mikel Arteta mövsümün ən yaxşı baş məşqçisi, Deklan Rays isə ən yaxşı futbolçusu adına layiq görülüb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.