AZ

"Fox News": FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib

ABŞ Federal Təhlükəsizlik Bürosu (FTB) saxta şəbəkələrə qarşı genişmiqyaslı əməliyyat zamanı 8 milyard dollardan çox dəyərində 127 mindən çox bitkoin müsadirə edib.

"Report" xəbər verir ki, bu barədə "Fox News" mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, əməliyyat Kambocanın "Prince Holding Group" rəhbərinin həbsi ilə bağlıdır. Ümumilikdə, Amerika hüquq-mühafizə orqanları təxminən 300 şübhəlini saxlayıb.

ABŞ hakimiyyəti əməliyyatı ölkənin hökumət tarixində ən böyük müsadirə olduğunu təxmin edir.

SpaceX-in Starlink peyk şəbəkəsinin Myanmada saxta sxemlərdə iştirak edənlər tərəfindən istifadə edildiyi iddia edilən 7000 rabitə terminalını blokladığı bildirilir.

Seçilən
33
12
far.az

9Mənbələr