ABŞ BMT-də Ukrayna münaqişəsinin nizamlanması prosesində konstruktiv rol oynamağa hazır olduğunu bəyan edib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Bryus Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Vaşinqton tərəfləri gərginliyi azaltmağa və vicdanlı danışıqlar aparmağa çağırır.
Bryus vurğulayıb ki, hər iki tərəfdən real siyasi iradə olacağı təqdirdə ABŞ prosesdə iştirak etməyə hazırdır.