AZ

ÜST rəhbəri Ebola ilə mübarizədə sərhədlərin bağlanmasını səmərəsiz adlandırıb

BAKI, 29 may. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Gebreyesus Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyasına qarşı sərhədlərin bağlanmasının effektiv tədbir olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, Kinqasaya səfəri zamanı keçirdiyi mətbuat konfransında ÜST-nin ölkələrə giriş qadağalarını tövsiyə etmədiyini deyib.

“Bildiyiniz kimi, ÜST sərhədlərin bağlanmasını tövsiyə etmir, çünki bu, ciddi nəticə vermir. Bu addım virusun yayılmasını müəyyən qədər ləngidə və bir neçə gün vaxt qazandıra bilər, amma bundan artıq təsiri yoxdur”, - deyə Gebreyesus vurğulayıb.

ÜST rəhbərinin sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün ən təsirli yol zəruri sanitar tədbirlərin operativ şəkildə tətbiqi və xəstəliyin yayıldığı bölgələrə dəstəyin göstərilməsidir.

Məlumata görə, mayın 27-də Uqanda hakimiyyəti Ebola virusunun yayılması riskini azaltmaq məqsədilə Konqo Demokratik Respublikası ilə sərhədi müvəqqəti bağladığını açıqlayıb. Bundan əvvəl Ruanda da sərhədi bağlayıb, Zambiya isə sərt tibbi nəzarət tədbirləri tətbiq edib.

Seçilən
32
50
teleqraf.com

10Mənbələr