AZ

Bağırsaqları rahatladan və həzmi yaxşılaşdıran 6 çay növü AÇIQLANIB

Mütəxəssislər bağırsaq fəaliyyətini yaxşılaşdıran və həzmi rahatlaşdıran ən faydalı çay növlərini açıqlayıb.

Day.Az xəbər verir ki, araşdırmalara görə, zəncəfil çayı ürəkbulanma, köp və mədə narahatlığını azaltmağa kömək edir.

Nanə çayı isə bağırsaq əzələlərini rahatlaşdıraraq qıcıqlanmış bağırsaq sindromunun simptomlarını yüngülləşdirir.

Faydalı içkilər arasında kombuça, zerdeçal çayı, qara çay və zəncirotu kökü çayı da yer alıb. Alimlər bildirirlər ki, bu çaylar bağırsaq mikroflorasını dəstəkləyir, iltihabı azaldır və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Xüsusilə zerdeçal və qara çayın antioksidant xüsusiyyətləri vurğulanır.

Bununla yanaşı, həkimlər yalnız çayların kifayət etmədiyini bildirirlər. Sağlam həzm üçün gündəlik qida rasionunda lifli meyvə-tərəvəzin artırılması, kifayət qədər su içilməsi, fiziki aktivlik və alkoqoldan uzaq durmaq da vacib hesab olunur.

Seçilən
21
22
day.az

10Mənbələr