AZ

Xabi Alonsodan Real a şok zərbə: Arda Güleri aparır

ain.az, Fanat portalına istinadən məlumat verir.

Londonun "Çelsi" klubunun baş məşqçisi Xabi Alonso yay transfer pəncərəsində heyətini gücləndirmək üçün xəyalındakı futbolçunun adını rəhbərliyə təqdim edib.

Fanat.Az  İspaniyanın məşhur "El Nacional" nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssis "Real Madrid"in yarımmüdafiəçisi Arda Güleri londonlular üçün "arzulanan transfer" olaraq müəyyənləşdirib.

Lakin "kral klubu"nun gənc türk ulduzu satmaq niyyətində olmadığı və gələn təkliflərlə maraqlanmadığı bildirilir. Qeyd olunur ki, Alonso Madriddən ayrılarkən Arda Güler sosial media hesabında onun üçün duyğusal bir vida mesajı paylaşaraq, "Cənab Xabi Alonso, ilk gündən mənə inanaraq güvəndiyiniz üçün təşəkkür edirəm. Hər söhbət, hər bir detal və tələb oyunumu formalaşdırmağa, məni daha yüksək səviyyəyə qaldırmağa kömək etdi" sözləri ilə mütəxəssisə minnətdarlığını bildirmişdi.

Arda ilə Alonso arasındakı bu sıx bağa baxmayaraq, İspaniya nəhənginin gənc istedadı komandada saxlamaq qərarı bu transferin reallaşmasını çətinləşdirir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
50
fanat.az

10Mənbələr