AZ

"Güclü məşqçi ilə qarşılaşdıq" - Kaxaber Sxadadze

style='margin-bottom:10px;'>

2026/27 mövsümü üçün Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda bu gün "Qəbələ" "Mingəçevir"ə 2:0 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə görə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq - bu, onların üstünlüyü  idi. Amma daha güclü idik və layiqincə qalib gəldik”.

Mütəxəssis daha sonra mətbuat nümayəndələrinin onun klubdakı gələcək taleyi ilə bağlı sualına qısa cavab verib:

- Bu, "Qəbələ"nin baş məşqçisi kimi son oyununuz idi?

- Hazırda müqaviləm var. Başqa suallarınız varsa, kluba ünvanlaya bilərsiniz.

Seçilən
69
50
teleqraf.com

10Mənbələr