AZ

Kaxaber Sxadadze: Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının pley-off matçında “Mingəçevir” üzərində komandasının 2:0 hesablı qələbə qazanması haqda danışıb.

Sportal.az xəbər verir ki, gürcü məşqçi "Qəbələ"nin qalibiyyətini şərh edib:

"Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq - bu, onların üstünlüyü  idi. Amma daha güclü idik və layiqincə qalib gəldik”.

- Bu, "Qəbələ"nin baş məşqçisi kimi son oyununuz idi?

- Hazırda müqaviləm var. Başqa suallarınız varsa, kluba ünvanlaya bilərsiniz.

 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
100
50
sportal.az

10Mənbələr