Yenisabah saytına istinadən ain.az xəbər verir.
Cəlilabad rayonunda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, hadisə Privolnoye kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Elşən Abbasov dostları ilə birlikdə kənd ərazisindən axan çayın yaxınlıqda olan su hövzəsinə çimməyə gedib. O çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub. pizza sifarişi
Orada olan dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Sonra onun cansız bədəni sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Mərhum ailənin 3 övladından biri olub.
Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi. Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.