AZ

Real yarımmüdafiəçisini La Liqa klubuna satdı

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Xetafe" "Real"dan icarəyə götürdüyü Mario Martinin transfer hüquqlarına yiyələnib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mavilər" ispaniyalı futbolçu üçün "kral klubu"na 3,5 milyon avro təzminat ödəyib. "Real" İspaniya U-21 millisinin sabiq üzvünün növbəti satışından 50 faiz gəlir əldə edəcək.

Qeyd edək ki, "Xetafe" Mario Martini 2025-ci ilin yayında icarəyə götürüb. 22 yaşlı dayaq yarımmüdafiəçisi La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
3
sportal.az

4Mənbələr