AZ

Avrokuboklara düşə bilmədilər, baş məşqçi göndərildi

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Avrokuboklara düşə bilmədilər, baş məşqçi göndərildi

İtaliya A seriyasında baş məşqçi ayrılığı gerçəkləşib.

QOL.az xəbər verir ki, "Bolonya" Vincentso İtalyano ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Vincentso İtalyano 2024-cü ilin yayından "Bolonya"nı çalışdırırdı. Komanda A seriyasında 2025/26 mövsümünü 56 xalla 8-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
35
qol.az

10Mənbələr