AZ

Bu futbolçu ilə bağlı qərar verildi

“Sabah” klubu yerli futbolçulardan biri ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, söhbət Tellur Mütəllimovdan gedir.

Mövsüm başa çatmamış təcrübəli futbolçunun komandadan gedəcəyi gözlənilirdi. Ancaq rəhbərlik qərarını dəyişib. Hazırda futbolçu ilə danışıqlar gedir.

Əgər tərəflər razılığa gələ bilsə, Tellur Mütəllimov daha 1 il çempionun şərəfini qoruyacaq.

Qeyd edək ki, Tellur Mütəllimov 2022-ci ildən “Sabah”ın şərəfini qoruyur.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
30
50
bizim.media

10Mənbələr