Evin girişinə duz səpmək nə üçündür? —Maraqlı adətin səbəbi açıqlandı
Duz çox qədim dövrlərdən bəri bir çox mədəniyyətlərdə mühüm rol oynayıb və bu ənənə müasir tendensiyalardan xeyli əvvəl formalaşıb.
İnsanlar evin giriş qapısı qarşısına bir ovuc duz səpdikdə, evdə nəyinsə dəyişdiyini hiss etdiklərini bildirirlər. Evin ölçüsü və ya interyeri dəyişməsə də, bir çoxları evə daxil olarkən hisslərinin fərqli olduğunu qeyd edir.
Demokrat.az xəbər verir k, bu barədə “ELLE” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, bu qəribə adət çox vaxt fengşui ilə əlaqələndirilsə də, əslində onun tarixi daha geniş və maraqlıdır.
Giriş qapısı niyə bu qədər önəmlidir?
Fenqşui təliminə görə, giriş qapısı sadəcə evə daxil olub-çıxma yeri deyil, eyni zamanda enerjinin evə daxil olduğu əsas nöqtələrdən biridir. Buna görə də bu sahənin vəziyyəti xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssislərin fikrincə, qarışıq, qaranlıq və keçilməsi çətin olan giriş enerji axınını zəiflədə bilər. Əksinə, səliqəli və açıq məkan daha harmonik bir mühit yaradır.
Məqalədə qeyd edilir ki, girişdəki ilk bir neçə saniyə insanın ümumi psixoloji vəziyyətinə belə təsir edə bilər — xüsusilə də evə daxil olarkən səliqəsiz və dağınıq bir mənzərə ilə qarşılaşmaq stress yarada bilər.
Fenqşuidə duz nəyi ifadə edir?
Duz tarix boyu yalnız qida əlavəsi deyil, həm də simvolik və ritual məna daşıyan bir maddə kimi qəbul edilib. Bir çox mədəniyyətlərdə duz təmizləyici və qoruyucu xüsusiyyətlərlə əlaqələndirilib.
Fenqşuinin müasir izahlarında hesab olunur ki, duz mənfi və durğun enerjini neytrallaşdırmağa kömək edə bilər. Buna görə bəzi insanlar evin girişində duzdan istifadə edirlər — ya kiçik qabda yerləşdirir, ya da qapının iki tərəfinə səpirlər.
Lakin qeyd olunur ki, klassik fengşui təlimlərində duzun istifadəsi ilə bağlı məcburi qaydalar mövcud deyil və bu praktikalar çox vaxt müasir şərhlərin və sosial media təsirlərinin qarışığıdır.
Niyə insanlar girişdə duzdan istifadə edir?
İnternetdəki rəylərə görə, insanlar adətən böyük və dramatik dəyişikliklərdən danışmırlar. Lakin çoxları evdə daha sakit və rahat atmosfer hiss etdiklərini bildirirlər.
Bununla yanaşı, mütəxəssislər qeyd edir ki, belə praktikalar zamanı insanlar çox vaxt yalnız duzdan istifadə etmir, həm də giriş hissəni təmizləyir, lazımsız əşyaları yığışdırır və məkanı qaydaya salırlar.
Bu da nəticədə psixoloji rahatlıq hissini gücləndirə bilər.
Elm nə deyir?
Məqalədə vurğulanır ki, duzun “mənfi enerji”ni aradan qaldırmasına dair elmi sübut yoxdur. Lakin təmizlik və nizamın insanın psixoloji vəziyyətinə müsbət təsir göstərdiyi məlumdur.
Jalə
Demokrat.az