AZ

ABŞ kəşfiyyatında şok oğurluq: 300 qızıl külçə...

ABŞ-də Mərkəzi Kəşfiyyat Agentliyi rəsmisi oğurluq ittihamı ilə həbs edilib.
 
Ölkə.Az "Star" qəzetinə istinadla xəbər verir ki, Virciniya ştatında federal məhkəmə sənədlərinə görə, keçmiş CIA rəsmisi Devid Raş keçən həftə “dövlət vəsaitlərini oğurlamaq” ittihamı ilə həbs edilib.
 
İşi araşdıran Federal Təhqiqat Bürosunun (FTB) agentinin ifadəsinə görə, Rush "bizneslə bağlı xərclər üçün əhəmiyyətli miqdarda xarici valyuta və on milyonlarla dollar dəyərində qızıl külçələri tələb edib və alıb".
 
Raşın bu vəsaitləri nəyə xərcləməyi planlaşdırdığı bəlli deyil, lakin pulun bir hissəsinin ofisinin yaxınlığındakı anbarda saxlandığı bildirilib.
 
Səlahiyyətlilərin mayın 18-də Raşın evində axtarış zamanı dəyəri 40 milyon dollardan çox olduğu təxmin edilən 300-dən çox qızıl külçə, təxminən 2 milyon dollar və 35 dəbdəbəli saat müsadirə etdiyi bildirilir.
 
Onun CIA-dəki vəzifəsindən nə vaxt getdiyi açıqlanmayıb.
 
Billurə
Seçilən
48
2
olke.az

3Mənbələr