futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Bursaspor”la anlaşan Toral Bayramov “Qarabağ”la vidalaşıb.
Futbolpress.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:
“Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım. Mənə güvənən hər kəsə – rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. “Qarabağ” mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi.
Doğma “Qarabağ”ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində Çempionlar Liqasında tarix yazıldı! Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm.
Hər son yeni başlanğıcdır. Görüşənədək, Uğurlar “Qarabağ”!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.