Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Far.Az President.az-a istinadən təbrik məktubunun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Öz növbəsində İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn də dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
*** 13:05
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Far.Az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
*** 12:31
Somali Prezidenti Hasan Şeyx Mahmud azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Far.Az-in məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və dost xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar milli bayram Azərbaycan xalqının dəyanətini və nailiyyətlərini əks etdirir.
Somali Federativ Respublikası Azərbaycan Respublikası ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın qarşılıqlı faydası naminə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı və Azərbaycan xalqına davamlı sülh, sabitlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".