AZ

Fatih Birol: Avropanın Rusiya enerji sektoruna qarşı sanksiyaları yumşaltması böyük səhv olardı

ain.az, Apa.az saytına istinadən bildirir.

Avropa İttifaqı Hörmüz boğazının bağlanması nəticəsində yaranan qiymət şokunun təsiri ilə sarsıldığı bir dövrdə belə, “Rusiyanın qapısını döymək” keçmiş səhvlərin təkrarı olardı.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “Euronews”a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiyanın enerji sektoruna tətbiq olunan sanksiyaların yumşaldılması Avropa ölkələri üçün böyük səhv olardı.

Avropa Komissiyasının öz hesablamalarına görə, Yaxın Şərqdəki gərginlik neft qiymətlərinin 65% artmasına səbəb olub. Eyni zamanda qaz qiymətləri iki dəfədən çox yüksəlib. Buna baxmayaraq, Brüssel Rusiyanın enerji sektoruna qarşı sanksiyaların, hətta üçüncü ölkələr vasitəsilə belə, yumşaldılacağına dair bütün gözləntiləri rədd edib.

“Rusiyanın qapısını döymək böyük səhv olardı”, - Fatih Birol qeyd edib.

Onun sözlərinə görə, Avropa enerji, xarici siyasət və müdafiə baxımından daha təhlükəsiz olan bir çox digər variantları nəzərdən keçirməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
3
apa.az

4Mənbələr