AZ

Famil Məmmədovun baş direktor statusu təsdiqləndi

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində rəhbər vəzifə ilə bağlı kadr dəyişikliyi həyata keçirilib.

Oxu.Az-ın məlumatına görə, Mərkəzin baş direktor vəzifəsini müvəqqəti icra edən Famil Məmmədovun statusu müvafiq qaydada tam təsdiqlənib.

Qurumdan bildirilib ki, bu kadr təyinatı idarəetmənin səmərəliliyinin artırılması, iş proseslərinin daha çevik tənzimlənməsi və institusional dayanıqlılığın gücləndirilməsi məqsədi daşıyır.

Eyni zamanda qeyd olunub ki, Famil Məmmədovun baş direktor vəzifəsində fəaliyyətinin rəsmiləşdirilməsi Mərkəzin qarşısında duran strateji hədəflərin icrasına əlavə dəstək verəcək.

Mərkəzdə aparılan struktur yenilənmələrinin isə müasir idarəetmə tələblərinə uyğun optimallaşdırma çərçivəsində davam etdirildiyi vurğulanıb.

"Cebheinfo.az"

Seçilən
20
4
cebheinfo.az

5Mənbələr