Prezidentə məlumat verildi: Bu kənddə 20 ev bərpa ediləcək
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa olunub, növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.BUTA.TV xəbər verir ki, bu barədə mayın 28-də kəndi ziyarət edib, sakinlərlə görüşən Prezident İlham Əliyevə məlumat verilib. Qeyd edilib ki, kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.