ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Arsenal"ın hücumçusu Qabriel Jezus vətəninə qayıda bilər.
Sportal.az xəbər verir ki, "Palmeyras" braziliyalı forvardın transferində ciddi şəkildə maraqlıdır və artıq onunla əlaqə saxlayır. Bu barədə "Nosso Palestra" nəşri məlumat yayıb.
"Topçular"ın düşərgəsindəki gələcəyi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, 29 yaşlı futbolçu hazırda daha iki və ya üç il Avropa futbolunda qalmağı planlaşdırır. "Sambaçı"nın transferi variantlarını Madrid "Atletiko"su və "Milan" da nəzərdən keçirir.
Qabriel Jezus "Palmeyras"ın yetirməsidir. Braziliya millisinin üzvü "Arsenal"a 2022-ci ilin yayında "Mançester Siti"dən transfer olunub. Onun londonlularla hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qabriel Jezus 2025/26 mövsümündə London klubunun heyətində bütün turnirlərdə 27 qarşılaşmada iştirak edib, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.