AZ

Azərbayсan 4 ayda ət idxalını 10 %-ə yaxın azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 15 min 530 ton ət idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 37 milyon 297 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 131 ton (6,7 %) az, dəyər baxımından isə 3 milyon 283 min dollar (9,6 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Seçilən
0
6
far.az

10Mənbələr