AZ

Bu ölkədən qalmaqallı görüntülər: Qaynar münaqişəyə hazırlıqlar görülür

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Meis adası ətrafında həyata keçirdiyi son uçuşlardan sonra Yunanıstan Hərbi Hava Qüvvələri də bölgədə alçaq hündürlükdə uçuşlar icra edib.

Turkustan.az xəbər verir ki, qarşılıqlı hərbi fəaliyyət Ankara ilə Afina arasında gərginliyi yenidən artırıb, Meis adasının statusu və hava məkanı üzərində suverenlik məsələsini yenidən gündəmə gətirib.

Hadisə Yunanıstan mediasında geniş işıqlandırılıb. Ölkənin aparıcı nəşrlərindən olan “Pentapostagma” vəziyyəti “Yunanıstan Hərbi Hava Qüvvələri qaynar münaqişəyə hazırlaşır” başlığı ilə təqdim edib.

Məqalədə iddia olunur ki, Meis adası ətrafında artan hava fəallığı və radar kilidlənməsi halları səbəbindən Yunanıstan Hərbi Hava Qüvvələrinə mümkün “qaynar münaqişə” ssenarisinə hazır olmaq tapşırılıb.

Nəşr həmçinin Türkiyənin sürətlə inkişaf edən yerli PUA və SİHA texnologiyalarının Yunanıstan ordusunda narahatlıq yaratdığını və ordunun yüksək hazırlıq vəziyyətinə keçirildiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr