AZ

"Brent" markalı neft 3%-dən çox bahalaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yaxın Şərq münaqişəsində yeni eskalasiya fonunda neft qiymətləri 3,5%-dən çox artıb.

Banco.az xəbər verir ki, iyul ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 3,41 dollar (3,62%) artaraq bir barel üçün 97,7 dollara çatıb. 

Nyu-York Ticarət Birjasında WTI neftinin iyul fyuçersləri 3,37 dollar (3,8%) artaraq bir barel üçün 92,05 dollara çatıb.

Qeyd edək ki, İran mediasının ABŞ və İran arasında razılaşma layihəsi barədə yaydığı xəbərlərdən sonra hər iki xam neftin qiyməti bir aydan çox müddətdə ən aşağı səviyyəyə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
22
banco.az

1Mənbələr