ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bayraq mənliyimdir, bayraq kimliyim...
Bakı, 28 may, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Dövlət Bayrağı Muzeyi.
Bakıda, Dövlət Bayrağı Meydanında yerləşən Bayraq Muzeyi ilk dəfə 2010-cu ildə qapılarını ziyarətçilərin üzünə açıb. 2017-ci ildə meydanda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə əlaqədar muzey fəaliyyətini müvəqqəti dayandıraraq təmirə bağlanıb. Tamamilə yenilənmiş muzey kompleksi 8 noyabr 2024-cü ildə – Zəfər Günündə yenidən təqdim edilib.
Muzey binası rəmzi məna daşıyaraq səkkizguşəli ulduz formasında tikilib və birbaşa bayraq dirəyinin pyedestalının altında yerləşir. Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında ərsəyə gələn muzey 6 sərgi salonundan ibarətdir. Sərgi salonlarında müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların bayraqları, bayraq ucluqları, hakimiyyət rəmzləri, silahlar, qədim sikkələr, həmçinin XIX əsr Azərbaycan şəhərlərinin gerbləri sərgilənir.
1918-ci il mayın 28-də təməli qoyulan müstəqilliyimiz bu gün Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Bayrağımızın kölgəsində daha əzəmətli və sarsılmazdır.
Müxbir – Gülay Nəzərova



























Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.