AZ

Monteneqro XİN Azərbaycanla tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Monteneqro Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.APA xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

“Monteneqro Xarici İşlər Nazirliyi Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikası hökumətinə və xalqına ən səmimi təbriklərini çatdırır.

Ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq çərçivələrdə möhkəm tərəfdaşlığı daha da gücləndirmək öhdəliyimizi bir daha təsdiqləyərək, Azərbaycana davamlı uğurlar və firavanlıq arzulayırıq”, - paylaşımda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
6
apa.az

7Mənbələr