AZ

ABŞ Konqresindən Zelenskiyə sərt tənqid: Buna mane olur

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsini istəməyən yeganə insandır.

Publika.az xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü Anna Paulina Luna “X” hesabında bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukraynada hərbi münaqişənin bitməsini istəyir, lakin Zelenski buna mane olur.

Luna həmçinin Zelenskinin Ukraynanın həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənməsi ilə bağlı sözlərini “tamamilə təbliğat” adlandırıb.

Onun sözlərinə görə, ABŞ tərəfindən təklif edilən mümkün razılaşma Ukrayna üçün faydalı ola bilər, lakin onun reallaşmasına mane olan əsas fiqur Zelenskidir.

Seçilən
44
50
publika.az

10Mənbələr