AZ

Milyardlarla dollarlıq bazarda böyük böhran: Rusiya neftinin qiyməti Türkiyəni qəzəbləndirdi

Türkiyə Rusiyadan idxal etdiyi "Urals" markalı xam neftin həcmini kəskin şəkildə azaldaraq son ay yarımın ən minimum səviyyəsinə endirməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi LSEG və "Kpler" şirkətlərinin analitik məlumatlarına, eləcə də treyderlərin hesabatlarına istinadən xəbər yayıb.

Proqnozlara görə, cari ilin may ayında Türkiyənin Rusiyadan "Urals" nefti idxalı sutkada orta hesabla cəmi 161 min barrel təşkil edəcək ki, bu da yanvar-aprel aylarındakı göstəricilərdən (sutkada 189 min barrel) və ötən ilin may ayı ilə müqayisədən (sutkada 302 min barrel) dəfələrlə aşağıdır.

Agentliyin mənbələrindən birinin bildirdiyinə görə, rəsmi Ankara Rusiya neftini hər zaman böyük endirimlərlə almağa adət edib və rəsmi Moskvaya bu növ nefti hazırkı yüksək qiymətlərlə almağa hazır olmadığını qəti şəkildə nümayiş etdirib. "Reuters" onu da xüsusi vurğulayır ki, Rusiyadan gələn tədarükün azalması fonunda Türkiyə bu boşluğu Xəzər regionundan, o cümlədən Rusiya ərazisindən də nəql olunan CPC markalı xam neftin idxalını artırmaqla kompensasiya etməyə çalışır.

Musavat.com

Seçilən
0
30
musavat.com

10Mənbələr