Bu gün növbəti mövsümdə Misli Premyer Liqasında iştirak edəcək sonuncu – 12-ci komanda məlum olacaq.
İdmanxeber.az xəbər verir ki, pley-off matçında “Qəbələ” ilə “Mingəçevir” üz-üzə gələcək.
“Qırmızı-qaralar” Premyer Liqanı 11-ci pillədə başa vurub. “Mingəçevir” isə I Liqası 2-ci yerdə tamamlayıb.
FIFA referisi Tural Qurbanovun idarə edəcəyi qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək və saat 18:30-da start götürəcək.
28 may (cümə axşamı)
“Qəbələ” – “Mingəçevir”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“SOCAR Polymer Arena”, 18:30