Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin raket və dron hücumlarının qarşısını almağa çalışdığını açıqladı.
Turkustan.az xəbər verir ki, Küveyt ordusunun X sosial media platformasındakı rəsmi hesabında yayımlanan açıqlamada hava hücumundan müdafiə sistemlərinin dron və raket hücumlarını ələ keçirməyə çalışdığı bildirilib.
Bəyanatda eşidilə bilən partlayış səslərinin hava hücumlarından müdafiə sistemlərinin hücumların qarşısını alması ilə bağlı olduğu vurğulandı və vətəndaşlar təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıldı.
Açıqlamada hücumların mənbəyi və ya xarakteri barədə ətraflı məlumat verilməyib.
Aytən Yaşar/ Turkustan.az