AZ

Tramp iyun seçkilərində Paşinyana tam dəstəyini açıqladı

ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana iyunda keçiriləcək parlament seçkilərində “tam və hərtərəfli” dəstək verəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada Paşinyanın siyasətini yüksək qiymətləndirib və 7 iyunda keçiriləcək seçkilərdə onu dəstəklədiyini bildirib.

ABŞ prezidenti Paşinyanı “böyük dost və güclü lider” adlandıraraq, onun Ermənistanı “güclü, firavan və təhlükəsiz ölkəyə çevirdiyini” vurğulayıb.

Tramp qeyd edib ki, “Nikol Paşinyan Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionunda sülh və rifahla bağlı baxışlarımı tam şəkildə bölüşür”.

ABŞ dövlət katibi Marko Rubionun Ermənistana son səfərinə toxunan Tramp bildirib ki, həmin səfər çərçivəsində iki ölkə arasında mühüm razılaşmalar üzrə ciddi irəliləyiş əldə olunub.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr