AZ

Komitə sədri daha bir şöbə müdirini İŞDƏN ÇIXARDI

Dövlət Statistika Komitəsinin (DSK) daha bir şöbə müdiri vəzifəsindən azad olunub.

KONKRET.az xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DSK-nin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Kuzina Tatyana Vladimirovna işdən çıxarılıb. Onun yerinə hələlik yeni təyinat olmayıb.

Bununla da qurumda müdir vəzifəsi boş olan şöbələrin sayı ikiyə çatıb. Bunlar Beynəlxalq əlaqələr və Maliyyə və təsərrüfat şöbələridir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri Sədi Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifədən azad ediliblər.

F.Əliyev qurumun Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri postuna keçirilib.

Seçilən
13
15
konkret.az

10Mənbələr