"Monako"da baş məşqçi dəyişikliyi olacaq.
QOL.az xəbər verir ki, Fransa klubu Sebastyen Pokonyoli ilə yolları ayıracaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. O, Liqa 1 təmsilçisini Filipe Luisin çalışdıracağını bildirib. Rtıq braziliyalı mütəxəssislə razılıq əldə olunub. Yaxın günlərdə onunla 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Filipe Luisin son iş yeri ölkəsində "Flamenqo" olub.