AZ

Toral Qarabağ la bu sözlərlə vidalaşdı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan Türkiyənin "Bursaspor" klubuna keçən Toral Bayramov sosial şəbəkə hesabında yazıb.25 yaşlı müdafiəçi Ağdam klubu ilə vidalaşıb:"Mənə güvənən hər kəsə – rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. "Qarabağ" mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi".Bayramov UEFA Çempionlar Liqasında tarixi uğura imza atdıqlarını söyləyib:"Doğma "Qarabağ"ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində Çempionlar Liqasında tarix yazıldı! Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm. Hər son yeni başlanğıcdır. Görüşənədək, Uğurlar "Qarabağ".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
41
sport24.az

10Mənbələr