AZ

Bakı-Tbilisi-Qars dəmir yolunun BU TARİXDƏ rəsmi açılışı olacaq

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub.

Bizim.Media xəbər verir ki, təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq.

Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərir. Magistralın uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstanın ərazisində yerləşir. (Apa.az)

Bizim.Media

Seçilən
3
2
bizim.media

9Mənbələr