AZ

Paşinyan Rusiyanın qaz hədəsinə belə cavab verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşündə Ermənistan ərazisindən tranzit qaz kəmərinin çəkiləcəyini və bu kəmərin ölkənin tranzit müqabilində qaz almasına imkan verəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə Baş nazir Kotayk bölgəsindəki seçicilərlə görüşdə çıxış edib: "Artıq bir yola, bir müttəfiqə və ya bir boru kəmərinə möhtac qalmayacağıq. Bu gün artıq Qərbdən Şərqə dəmir yolumuz var. Qars-Axalkalaki dəmir yolu bir neçə gün əvvəl Ermənistan üçün açıldı və daha əvvəl Azərbaycandan keçən dəmir yolu açıldı. TRIPP tezliklə açılacaq. Qaz kəməri Ermənistandan keçəcək və bu tranzit sayəsində öz qazımız olacaq, çünki tranzit üçün bizə qaz ödəniləcək".

Paşinyan hansı qaz kəmərindən danışdığını dəqiqləşdirməyib.

Qeyd edək ki, dünən Rusiya XİN sözçüsü Mariya Zaxarova bəyan edib ki, Ermənistan Avropa İttifaqına inteqrasiya xəttini davam etdirsə, Moskva enerjidaşıyıcılarının bu ölkəyə güzəştli satışına dair müqaviləni ləğv edəcək.

 

Musavat.com

 

Seçilən
8
10
musavat.com

10Mənbələr