AZ

Şamil Ayrım: 28 May həm də Türk dünyasının birlik simvoludur FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

28 May təkcə qardaş Azərbaycanın Müstəqillik Günü deyil; həm də Türk dünyasının birliyinin, müstəqilliyinin və azadlığının simvoludur.Bizim.Media  xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım "X"dəki səhifəsində yazıb.O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin türk və İslam dünyası tarixində özünəməxsus yeri var: "1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasının ilk demokratik respublikası kimi tarixdə özünəməxsus yer tutur.Əziz Azərbaycanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Başda Heydər Əliyev olmaqla bütün müstəqillik qəhrəmanlarını rəhmət, minnətdarlıq və ehtiramla yad edirəm.Qarabağ zəfəri ilə ilə taclandırılan qardaşlığımız "Bir millət, iki dövlət" anlayışı ilə əbədi olaraq davam edəcək.Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Azərbaycan!".

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
2
bizim.media

3Mənbələr