AZ

Real ın prezidenti postuna namizəddən iddialı açıqlama

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

İspaniyalı iş adamı və "Real"ın prezidenti postuna namizəd Enrike Rikelme seçiləcəyi təqdirdə edə biləcəyi potensial transferlərə işarə etdi. Sport24.az xəbər verir ki, biznesmen "Marca"ya açıqlamasında heç bir ad çəkməsə də, DÇ-2026-da iştirak edəcək İspaniya millisinin heyətindən bir oyunçu gətirə biləcəyini söyləyib:

"İspaniya milli komandasında bir nəfər də olsun "Real" oyunçusu yoxdur. Bu günə qədər keçirilən 16 mundialda "Real"ın oyunçuları olub. "Real" azarkeşi olaraq, mən qəzəblənirəm, amma bir həll yolu var. Mən "Real"ın prezidenti olsam, dünya çempionatında İspaniya yığmasının heyətində "Real" oyunçusu olacaq. Namizədlik elan olunmazdan əvvəl isə yeni baş məşqçi ilə razılaşmışıq".

Qeyd edək ki,"Real"da prezident seçkiləri iyunun 7-də keçiriləcək. Hazırda boş qalan posta Florentino Peres və Rikelme namizəddir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
sport24.az

1Mənbələr