AZ

ABŞ Ordusu İrana yeni zərbələri təsdiqlədi: Hara vurulub?  

Amerika qüvvələri İranın dörd pilotsuz təyyarəsini və onların buraxılış qurğusunu vurub.

Musavat.com xəbər verir ki,  Amerikanın Axios portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravidin X-də açıqladığı bu məlumatı ABŞ Mərkəzi Komandanlığı(CENTCOM)  təsdiqləyib.

Bildirilir ki, "İran Amerika ticarət gəmisinə qarşı dörd kamikaze pilotsuz təyyarəsindən istifadə edib": "ABŞ ordusu pilotsuz təyyarələri və uçuşa hazırlaşan yerə başqa bir pilotsuz uçuş aparatını vurub".

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, ABŞ ordusu İranın dörd kamikaze dronunu vurub, Bəndər Abbas liman şəhərindəki bir obyektə hücum edib: "Bu hərəkətlər ölçülü, sırf müdafiə xarakterli və atəşkəsi qorumağa yönəlib".

Mərkəzi Komandanlığın məlumatına görə, ABŞ ordusu İrana məxsus dörd PUA-nı vurub və beşinci dronun buraxılışa hazırlandığı Bəndər Abbasdakı yerüstü idarəetmə məntəqəsinə zərbə endirib.

CENTCOM İranla atəşkəs rejiminin davam etdiyini bildirir.

 

Musavat.com

 

Seçilən
55
musavat.com

1Mənbələr