AZ

Texas ştatının Hyuston şəhərində 28 May – Respublika Günü elan olunub

ABŞ-ın Texas ştatının Hyuston şəhərində 28 May – Respublika Günü münasibətilə xüsusi bəyannamə imzalanıb. 

Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, Hyuston meri Con Uitmir (John Whitmire) tərəfindən imzalanan sənəddə 28 may 2026-cı il Hyuston şəhərində “Azərbaycan Respublikası Günü” elan olunub.

Bəyannamədə qeyd edilir ki, Hyustonda yaşayan azərbaycanlılar və Azərbaycan əsilli amerikalılar hər il Respublika Gününü qeyd edir. Sənəddə həmçinin Hyuston ilə Bakı arasında uzun illərdir davam edən qardaşlaşmış şəhər münasibətlərinin mədəni və təhsil sahələrində əməkdaşlığa töhfə verdiyi vurğulanıb.

Meriyanın sənədində Hyustondakı Azərbaycan icmasının şəhərin multikultural mühitinə, qarşılıqlı anlaşmaya və dostluq münasibətlərinə verdiyi töhfələr xüsusi qeyd olunub. Eyni zamanda Azərbaycan Mərkəzinin və “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının fəaliyyəti yüksək qiymətləndirilib.

Sənəd Assosiasiyasının rəhbəri İradə Axundovaya təqdim olunub.

Vüsalə Abbasova

Seçilən
159
1
ucnoqta.az

2Mənbələr