AZ

AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır -VİDEO

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

 

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

 

Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.




Seçilən
27
24
senzor.az

10Mənbələr