AZ

ABŞ İranın hərbi obyektinə zərbə endirdi

ABŞ ordusu İranda hərbi obyektə zərbələr endirib, bir neçə İran pilotsuz uçuş aparatını da məhv edib.

Musavat.com xəbər verir ki,  bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumatda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İranın cənubunda yerləşən hədəflərə qarşı əməliyyat keçirdiyi bildirilir. İddialara görə, əməliyyat zamanı İran dronları havada zərərsizləşdirilib.

Mənbələr qeyd edir ki, Vaşinqton bu addımı “özünümüdafiə tədbiri” kimi qiymətləndirir. Hadisənin bölgədə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyi vurğulanır.

 

Musavat.com

Seçilən
0
40
musavat.com

10Mənbələr