AZ

14 il əvvəl xüsusi amasızlıqla törədilən cinayətin üstü belə açıldı - VİDEO

14 il əvvəl törədilmiş qətlin üstü açılıb, saxlanılan var.

 

Hadisə illər öncə Göyçayda baş verib. 14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin bəzi təfərrüatları məlum olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

 

 Məlumata görə, 2012-ci il dekabrın 21-də Göyçay şəhəri, Abulla Faruq küçəsində yerləşən fərdi yaşayış evində kişi cinsli meyitin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

 

Ev sahibəsinin sözlərinə görə, cinayət elə evdə yaşayan qadın tərəfindən törədilib.

 

Araşdırmalarla evdə meyiti aşkar olunan 94 yaşlı  Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

 

İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla Ramilə Quliyevanın Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26 may tarixində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 28 May 2026, 02:24   
Seçilən
1
33
pravda.az

10Mənbələr